AlphaZetta Consulting LLC

Cari vergi arayışları vergi məcəlləsinin 151 ci maddəsinə əsasən tərtib olunur. 151 ci maddəyə əsasən, hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər.

Eyni zamanda rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər.

151 ci maddəyə görə vergi ödəyicisi  151.1, 151.2, 151.5 –ci maddələrə əsasən rüb bitdikdən sonra növbəti ayın 15 nə kimi mənfəət və gəlir vergisi üzrə müvafiq hesablamalar aparılıb vergi orqanına təqdim edilir.

151.1 və 151.2 maddələri əsasən ötən ili mənfəətlə başa vuran vergi ödəyiciləri arayış təqdim edirlər

151.5-ci maddəyə əsasən, ötən il mənfəət və ya gəlir vergisi ödəyicisi olmayan və ya sadələşdirilmiş vergi ödəyicisi olan şəxslər, bu ildən etibarən mənfəət və ya gəlir vergisi ödəyicisinə çevrilərsə, məlumatlarını bu maddəyə əsasən təqdim edirlər

151.1 maddəyə əsasən hər ödəmənin məbləği əvvəlki vergi ilində hesablanmış vergi məbləğinin 1/4 hissəsini təşkil edir

Nümunə: Vergi ödəyicisinin cari ildə hesabladığı mənfəət vergisinin məbləği 10000 manat təşkil etmişdir. Bu vergi ödəyicisi növbəti ildə 151.1 metodunu tətbiq edirsə, onda həmin ilin birinci rübündəki cari vergi ödəmələrinin məbləği aşağıdakı kimi müəyyən olunur

10000*1/4=2500 manat

151.2 maddəyə əsasən Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini bu rübdəki  vergiyə cəlb olunan gəlirinin (xərclər nəzərə alınmadan) həcmini onun keçən ilin  vergiyə cəlb olunan gəlirində (xərclər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirə bilər.

Nümunə: Vergi ödəyicisinin əvvəlki ildə ümumi gəlirləri 80000 manat, hesabladığı mənfəət vergisinin məbləği isə 10000 manat olmuşdur. Cari ilin birinci rübündə gəliri 30000 manat olmuşdur. Bu halda onun ümumi gəlirlərində verginin xüsusi çəkisini göstərən əmsal və həmin rübdə cari vergi ödəməsinin məbləği  aşağıdakı kimi müəyyən olunur:

10000:80000=0.125,    30000*0.125=3750 manat

Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı bu Məcəllənin 151.1-ci maddəsində nəzərdə tutulan metodu tətbiq edir. Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadək dəyişdirilmir.

151.5 Vergi ödəyicisi ötən ili zərərlə başa vurub yaxudda ötən il fəaliyyəti olmayıb, cari vergi arayışını bu maddəyə əsasən təqdim edir. 151.5 digər iki metoddan fərqi odurki burada biz xərcidə göstəririk.

Nümunə: Yeni yaradılmış müəssisənin 2025 ci ilin 1 ci rübündə gəlirləri 100.000 manat olub, ikinci rübdə isə 150.000 manat olmuşdur.  Xərcləri isə birinci rübdə 36,500 manat, ikinci rübdə isə 49,700 manat olmuşdur. Bu halda mənfəət vergisinin məbləğini tapaq

Ümumi gəlirlər 100000+150000=250000, ümumi xərclər  36500+49700=86200

Mənfəət  250000-86200=163800, mənfəət vergisi  163800*20%=32760 manat

Əgər əvvəlki ildə zərər yaranıbsa və ya hesabat ilində güzəşt edilən və ya azad olunan mənfəət əldə olunursa, bu məbləğlər mənfəətdən çıxılaraq, 20% dərəcə ilə vergiyə cəlb olunur.