AlphaZetta Consulting vergi və mühasibatlıq üzrə konsultasiya və autsorsing xidmətləri təqdim edən Azərbaycan şirkətidir. Biz, müştərilərimizin fəaliyyətlərini maliyyə və vergi baxımından düzgün şəkildə qurmasına, habelə vergi risklərini minimuma endirmələrinə kömək edirik. Biz, müştərilərimizin bizneslərinin inkişafını dəstəkləmək üçün hər bir müştərinin fərdi ehtiyaclarına uyğun həllər təklif edirik. Həmçinin, xarici bazarlarda da fəaliyyət göstərən müştərilərimiz üçün beynəlxalq vergi və maliyyə tələblərinə uyğun xidmətlər göstəririk.
Sərfəli Vergi Hesabatı Xidməti
Vergi hesabatlarınızın düzgün və vaxtında təqdim olunması üçün mütəxəssis komandamız xidmətinizdədir. Bizim baş mühasiblər, dövlət imtahan mərkəzində tələb olunan peşəkar sertifikata sahib mütəxəssislərdir və bütün hesabatlarınızın qanunvericiliyə uyğun olaraq hazırlanmasını təmin edirlər.
Xidmətimiz:
• Vergi hesabatlarının peşəkar şəkildə hazırlanması
• Mühasibatlıq qanunvericiliyinə tam uyğunluq
• Hər bir hesabatın yüksək dəqiqliklə tərtib edilməsi
Aoutsorsing Nədir?
Aoutsorsing, bir müəssisənin daxili iş və əməliyyatlarını yerinə yetirmək üçün lazımi resursları və funksiyaları xarici bir şirkətə və ya mütəxəssislərə həvalə etməsidir. Bu, şirkətlərin öz əsas fəaliyyət sahələrinə daha çox diqqət ayırmasına, əməliyyat xərclərini azaldılmasına və daha yüksək səmərəlilik əldə etməsinə kömək edir. Aoutsorsing, mühasibatlıq, vergi xidmətləri, kadr, IT dəstək, hüquq xidmətləri və digər əməliyyatlar sahəsində tətbiq oluna bilər.